"Anamın Sırrı" serialında rol alan İrem Helvacıoğlu qatıldığı verilişdə ölümdən döndüyünü açıqlayıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki,  "Dayı" verilişinə qonaq olan İrem Helvacıoğlu çəkiliş meydançasında bir dəfə qoluna soyuq çay iynəsi vurulduğunu deyib. 

"Qoluma soyuq çay iynəsi vurdular, ölümdən qayıtdım. Gənc idim, fərqində deyildim. Serialda oynamağa davam etdim. İndi ki, ağlım olsa, məhkəməyə verərdim. Onda ağlım belə şeylərə çatmırdı".