Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycana ilk səfəri çərçivəsində , İlya Darçiaşvilini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək.

Gürcüstan XİN başçısı Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Səfər zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığına dair müzakirələrin aparılacağı qeyd olunub.