Türkiyənin ən reytinqli seriallarından biri olan "Sadakatsiz" bu həftə yayımlanmayacaq.

"Unikal" xəbər verir ki, ekran işinin yeni bölümü Ramazan bayramı münasibətiylə gələn həftə izləyicilərə təqdim olunacaq. 

Qeyd edək ki, baş rollarını Cansu Dərəylə aktyor Caner Cindorukun canlandırdığı ekran işi 3 bölüm sonra final edəcək.