Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin N.Gəncəvi prospekti ilə S.Vurğun küçələrinin kəsişməsində qeydə alınıb. İki "VAZ " markalı avtomobilin toqquşması ilə sürücülərdən biri xəsarət alıb.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

Tural Əhmədov