Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə Toğanalı kəndində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1961-ci il təvəllüdlü N.Ələkbərova, 1972-ci il təvəllüdlü K.Yusifov və 1989-cu il təvəllüdlü E.Ələkbərov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.