Gəncədə ər arvadını çəkiclə döyüb.

"Unikal" xəbər verir ki, şəhər sakini 1970-ci il təvəllüdlü X.Qəhrəmanov həyat yoldaşı 1969-cu il təvəllüdlü Q.A.-ya bıçaq və çəkiclə xəsarətlər yetirib. Hadisə zamanı qadın başından kəsilmiş-deşilmiş yara və digər xəsarətlər alıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, araşdıma aparılır.