"Barselona" "Leyptsiq"də çıxış edən Dani Olmonu transfer etmək istəyir.

"Unikal" "Fichajes"ə istinadən xəbər verir ki, Kataloniya klubu 23 yaşlı oyunçunu uzun müddətdir izləyir və təklif göndərməyə hazırlaşır. Onun Bundesliqa təmsilçisi ilə sözləşməsi 2024-də başa çatır.

Qeyd edək ki, "Barselona" yetirməsi olan Olmo  2020-ci ildən Almaniya klubunun şərəfini qoruyur.