Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda finala yüksəliblər.

"Unikal" xəbər verir ki, Cəlilova topla hərəkətlərdə 31.000, halqa ilə çıxışında 32.050 xala layiq görülüb. Gimnast hər iki növdə təsnifat mərhələsində üçüncü olub və finala vəsiqə qazanıb.

Qeyd edək ki, bu növlərdə finallar aprelin 24-də olacaq.