Romelu Lukaku yayda "Çelsi"ni tərk edəcək.

"Unikal" "Goal.com"a istinadən xəbər verir ki, "Milan" 28 yaşlı belçikalı hücumçunu heyətinə qatmaq istəyir. Artıq "zadəganlar"la işləri yaxşı getməyən futbolçu İtaliyaya qayıtmağa müsbət yanaşır. Onun londonlularla sözləşməsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, Lukaku bu mövsüm 38 matçda 12 qol və 2 məhsuldar ötürmə edib.