TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının növbəti iclasının keçiriləcəyi ölkənin adı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, qırğızıstanlı deputat Aybek Osmonov komissiyanın Azərbaycan Respublikası Milli Məclisində bu gün keçirilən IX toplantısında deyib.

Bildirib ki, komissiyanın növbəti toplantısı 2023-cü ilin may ayında Qazaxıstanda keçiriləcək.