Rusiya prezidenti Vladimir Putin Ukraynanı fəth etmək üçün böyük planlarını həyata keçirə bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden “Twitter” səhifəsində yazıb.  

“Putin döyüş meydanında böyük ambisiyalarına nail ola bilmədi. Prezident Zelenski və onun demokratik yolla seçilmiş hökuməti hakimiyyətdə qalır və cəsur ukraynalı mülki şəxslərin də qoşulduğu Ukrayna Silahlı Qüvvələri öz ölkələrini fəth etmək planlarının qarşısını aldı”, - Ağ Ev rəhbəri qeyd edib.  

Bayden Putinin heç vaxt Ukraynanı işğal edə bilməyəcəyini bir daha vurğulayıb.  

“Bizim daxildə birliyimiz və müttəfiqlərimiz, tərəfdaşlarımız və Ukrayna xalqı ilə birliyimiz Putinə aydın mesaj verir: o, heç vaxt bütün Ukraynada hökmranlıq edə bilməyəcək”, - deyə o bildirib.

Gülayə Mecid