Ukraynanın işğalında Rusiyanın hərbi itkiləri artarkən, daha bir polkovnik döyüşdə həyatını itirdiyi açıqlanıb.

"Unikal" "TASS" xəbər agentliyinə istinadən xəbər verir ki, Rusiya Qərb Hərbi Dairəsinin komandirlərindən biri olan 41 yaşlı polkovnik Mixail Naqamovun öldüyünü təsdiqləyib. Məlumata görə, Naqamovun aprelin 13-də döyüşlər zamanı həlak olub. Polkovnik Moskva yaxınlığındakı hərbi qəbiristanlıqda dəfn edilib.

Ukrayna müharibəsində ağır itki verdiyi deyilən Rusiya Ukraynada indiyədək ən azı 8 general və 35 polkovniki itirib. Ukrayna hökumətinin məlumatına görə, Rusiyanın hərbçi itkisi 20 mini keçib.

Gülayə  Mecid