Dünyaca məşhur əfsanəvi boksçu Mayk Tayson pərəstişkarını döyüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə San Fransiskoda baş verib. Floridaya uçmaq üçün təyyarəyə minən boksçu onunla şəkil çəkdirmək istəyən pərəstişkarlarının istəyini ilk olaraq geri çevirməyib. Lakin bir müddət sonra idmançı arxa oturacaqda əyləşən şəxsin təkidlərindən yorulub. Məni narahat edirsən deyən Tayson onu yumruqlamağa başlayıb.

Boksçu daha sonra təyyarəni tərk edib.