Ukraynanın Azərbaycandakı səfirliyi növbəti humanitar yardım üçün Azərbaycana təşəkkür edib.

"Unikal" xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

"Azərbaycan Rusiyanın hücumundan sonra Ukraynaya 1000 tondan çox mühüm humanitar yardım çatdırıb! Təşəkkürlər, Dostlar!", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət növbəti yardım yola salınıb.