Amerikalı aktyor Alek Bolduinin quruluşçu rejissor Qalina Xatçinsi güllələyərək ölməsinə səbəb olduğu “Rust” filminin kino şirkəti "Rust Movie Productions LLC" 137 min dollar cərimələnib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, çəkiliş zamanı operatorun ölümünə səbəbin qəsdən təhlükəsizlik pozuntularına görə baş verdiyi qərara alınıb və maksimum məbləğdə cərimə təyin olunub.

Məlum olub ki, filmin yaradıcıları çəkilişdə odlu silah təhlükəsizliyi qaydalarına əməl etməyib və işçilərin təhlükəsizliyinə biganə yanaşıb. Alekin vəkilinin yaydığı bəyanatda isə aktyorun bəraət aldığı əks olunub.

Lakin aktyorun günahsız olması ilə bağlı hüquq-mühafizə orqanları hələlik rəsmi açıqlama yaymayıb.