Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Azərbaycanın ucqar bölgələrindən birinə yollanıb.

"Unikal" xəbər verir ki, 21,1 milyon izləyicisi olan Hüseyn bunun üçün köhnə "Mercedes" avtomobili seçib. 

Yolboyu görüntüləri instaqramında paylaşan bloger internetin belə olmadığı ucqar kəndə getdiklərini bildirib. Daha sonra o, qonaq olduğu evin görüntülərini paylaşıb, ev sahibləri ilə birgə şam yeməyi edib. Bundan əlavə Hüseyn ev sahibəsinə gedərkən yüksək məbləğdə pul verib və onu qonaq etdiyi üçün təşəkkərünü bildirib. 

Blogerin bu addımı sosial şəbəkədə gündəm mövzusuna çevrilib.