Samuxda qətl hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə rayonun İstixana qəsəbəsində qeydə alınıb. 37 yaşlı Sadıqov Elşən Suliddin oğlu ürək nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov