Əməkdar artist Firuzə İbadova müğənni Türkan Vəlizadəyə irad bildirib.

"Unikal" xəbər verir ki, bu barədə MTV-yə danışıb. 

"Bir az ciddi musiqi ifa etsəydi: xalq mahnıları, gözəl bəstəkarların mahnılarını oxusun. Bir az belə mahnılarla yaddaşlarda qalsınlar. Özlərində kodlaşdırılmış cümlədir ki, bunu oxumasam toya aparmayacaqlar. Keyfiyyətli musiqi ilə insan həm xalqın yadında, həm tarixdə qalar".

İbadova sənət adamlarının geyim və mahnı janrlarına da toxunub:

"Hər sözə əsəbiləşməsinlər, reaksiya verməsinlər. Sırf sənətlə məşğul olsunlar. Zaman və səbr. Səbrlə zamana qalib gəlsinlər. Aygün Kazımovanı görəndə deyirəm, bir gözəllik gəldi. Artıq ifa qalır ikinci planda. Röya Ayxan nə geyinərsə, pis nəzərlə baxa bilmirəm".