Mingəçevirdə qətl hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin “Sənaye parkı” adlanan ərazisində qeydə alınıb. 25 yaşlı qadının bıçaqla qətlə yetirildiyi bildirilir. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Məhərrəmov Yasin Məhərrəm oğlu saxlanılıb.
Qətlə yetirdiyi qadının onun keçmiş həyat yoldaşı olduğu deyilir.(apa.az)