Fransanın məşhur aktyoru Mişel Buke 96 yaşında vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, onun Paris xəstəxanalarının birində dünyasını dəyişdiyi bildirilir.

Buke 1976-cı ildə çəkilmiş “Oyuncaq” filmindəki rolu ilə məşhurdur.

Qeyd edək ki, o, iki dəfə Sezar mükafatına layiq görülüb. Bir sıra dövlət və mədəniyyət mükafatları ilə təltif olunub.