Türkiyəli aktyor Kıvanç Tatlıtuğun küçə heyvanları adından "Göktürk Heyvansevərlər Dərnəyi"nə hədiyyə etdiyi gün eynəyi hərraca çıxarılıb.

"Unikal" xəbər verir ki, eynək 25 min lirəyə (təxminən 2 min 912 manat) satılıb. Satışdan əldə olunan gəlir dərnəyin hesabına köçürülüb.

Qeyd edək ki, 1970-ci il istehsalı eynəklərin qiyməti 10 min lirə olub və onlar Kıvançın həyat yoldaşı Başak Tatlıtuğ tərəfindən dərnəyə bağışlanıb.