Bakı Ağır Cinayətlər Məhkəməsində polis şöbəsində arvadını güllələyən sabiq polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Unikal" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında İsmayıl Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.