Polşa millisinin və Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski İspaniya "Barselona"sı ilə şəxsi müqaviləsini razılaşdırıb.

"Unikal" "Interia Sport"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu cari mövsümün sonunda Kataloniya təmsilçisi ilə 3 illik sözləşmə imzalayacaq.

Fransanın PSJ, İngiltərənin "Mançester Siti" və "Liverpul" klubları ilə də danışıqlar aparan təcrübəli forvard maliyyə şərtlərinə görə sözügedən komandaların təklifini qəbul etməyib.

Daha əvvəl Levandovskinin Münhen klubunun rəhbərliyə ilə münasibətlərinin korlandığı və bu səbəbdən futbolçuya cəmi 1 illik müqavilə təklif olunduğu bildirilib.

Qeyd edək ki, Robert Levandovskinin "Bavariya" ilə 2023-cü ilin yayınadək sözləşməsi var.