Bir müddət əvvəl aktrisa Hande Erçellə sevgi münasibətlərini sonlandıran Kerem Bürsin yeni eşqə yelkən açıb. 

"Unikal" xəbər verir ki, Bürsinin bu dəfə ispan aktrisa və müğənni Stefani Kayo ilə eşq yaşadığı iddia edilib. 

Belə  ki, ötən ilin oktyabrında ölkədə keçirilən moda nümayişinə dəvət alan Bürsin aktrisa və müğənni Stefani Kayo ilə tanış olub. Cütlüyün qısa müddətdə bir-birini sevdiyi və tez-tez gizli görüşdüyü bildirilib. 

Hətta onların birlikdə olduğunu  sübut edən foto sosial şəbəkədə qısa zamanda yayılıb.

Qeyd edək ki, 34 yaşlı Stefani Kayonun İnstaqram hesabında 1,8 milyon izləyicisi var. Məşhur aktrisa bundan əvvəl 2018-ci ildə Çad Kempbelllə evlənib və 2021-ci ildə boşanıb.

Gülayə  Mecid