Fransada turist təyyarəsi təcili eniş edib. 

"Unikal" xəbər verir ki, təcili eniş nəticəsində 3 nəfər ölüb.

Bildirilir ki, qərar təyyarənin San-Briyo şəhər hava limanından havaya qalxdıqdan az sonra qəbul edilib.

Təyyarə hava limanına ən yaxın (təxminən 300 metr aralıda) meşəyə məcburi eniş edib. Bildirilib ki, təcili enişin səbəbləri hələ də bəlli deyil.

Eniş edən təyyarənin yaxınlığında polis əməkdaşları üç ölü - pilot və ər-arvadın cəsədini tapıblar. Fransa prokurorluğu hadisənin səbəblərini araşdırır.