Buryatiyada Onxoy kəndindəki idman məktəbinin məşqçisi Valeri Yakovlev Rusiya silahlı qüvvələrini "diskreditə etdiyinə" görə üç dəfə cərimələnib. 

"Unikal" xarici KİV-ə istimadən xəbər verir ki, işlə bağlı sübutları həmin şəxsin işlədiyi təhsil müəssisəsi təqdim edib.

Məlumata görə, ilk iki cərimə aprelin 5-də tətbiq edilib, üçüncüsü isə bu yaxınlarda əlavə edilib. Cəzaya səbəb Valeri Yakovlevin qopardığı Z hərfləridir. Məşqçi onları iki dəfə martın sonunda məktəbin qapılarından çıxarıb.

"Mən hesab edirəm ki, uşaqlar siyasətdən uzaq qalmalıdır", - Yakovlev deyib.

O, 90 min rubl ödəməli olacaq.

Ağarza Elçinoğlu