Ukraynanın Rusiyadan mal idxalı tamamilə qadağan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko deyib. 

"Bundan sonra Rusiya Federasiyasının heç bir məhsulu dövlətimizin ərazisinə gətirilə bilməyəcək", - deyə Sviridenko Rusiya ilə ticarətin dayandırılmasına işarə edib. Nazir bunun Moskvanın işğalı maliyyələşdirmək imkanlarını azaldacağı ilə əlaqələndirib.

Baş nazirin müavini ümid edib ki, belə bir tədbir Ukraynanın Qərb tərəfdaşları üçün nümunə olacaq və onları enerji və bank sektorunda Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri sərtləşdirməyə sövq edəcək.

Ağarza Elçinoğlu