Portuqaliyalı millisinin futbolçusu Kriştiano Ronaldo cari mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubundan ayrıla bilər.

"Unikal" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi portuqaliyalı hücumçunun davranışından və çıxışından narazıdır. Bu səbəbdən 37 yaşlı forvardın göndərilməsi gündəmdədir.

Son qərarı klubun ortaq sahibi Coel Qleyzer və idarə heyəti verəcək.

Qeyd edək ki, Ronaldo bu mövsüm İngiltərə Premyer Liqasında 25 oyunda 12 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.