Fransa Rusiya neftinin qadağan edilməsi ilə bağlı qərar qəbul etməyə hazırdır.

"Unikal" xəbər verir ki, bunu Fransanın maliyyə və iqtisadiyyat naziri Brüno Lö Mer CNN-ə müsahibəsində bildirib.

"Fransaya gəlincə, biz irəliyə getməyə və neft qadağası ilə bağlı qərar verməyə hazırıq. Mən əminəm ki, növbəti addımlar və sonrakı müzakirələr bu məsələ üzərində cəmləşəcək", - nazir deyib.

Lö Mer əlavə edib ki, Avropa Rusiyanın enerji resurslarına embarqo tətbiq etmək üçün birlik nümayiş etdirməlidir: "Rusiyaya qarşı artıq tətbiq edilmiş sanksiyalar Avropa İttifaqının yaradılmasından indiyədək ən ağır sanksiyalardır”.