“Türkiyə 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına sadiq qalacaq və Qara dənizə hərbi gəmilərin daxil olmasına icazə verməyəcək”.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Montrö Konvensiyasının 19-cu maddəsində qeyd olunub ki, hərbi əməliyyatlar zamanı döyüşən tərəflər hərbi gəmilərini boğazlardan keçə bilməz. 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara Konvensiyaya uyğun olaraq Bosfor və Çanaqqala boğazlarını Rusiya və Ukraynanın hərbi gəmiləri üçün bağlayacaq.