Gürcüstanda son sutkada koronavirusa 148 yeni yoluxma faktı təsdiqlənib, 425 nəfər müalicə olunaraq sağalıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 1 nəfər vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 651 470 nəfərdə aşkarlanıb. Onların 1 631 434-ü sağalıb, 16 771-i isə ölüb.