Melburn şəhərində keçirilən "Formula 1" üzrə Avstraliya Qran-Prisinə yekun vurulub.

"Unikal" xəbər verir ki, "Albert Park" trasında baş tutan mövsümün üçüncü mərhələsinin qalibi "Ferrari" pilotu Şarl Lekler olub. 24 yaşlı monakolu sürücü cari mövsümdə ikinci qələbəsini qazanıb.

"Red Bull"un meksikalı pilotu Serxio Peres ikinci, "Mercedes"in britaniyalı pilotu Corc Rassel isə üçüncü yeri tutub.