Dünyaca məşhur müğənni Cennifer Lopezlə sevgilisi Ben Afflekin nişanlandığı iddia edilib.  

"Unikal" xəbər verir ki, qızı Emma ilə gəzintiyə çıxan Cey Lonun barmağındakı brilyant üzük şayiələri daha da gücləndirib.

Bununla yanaşı  müğənni  bu yaxınlarda evi üçün mebel seçərkən mağazada görüntülənib.

Qeyd edək ki, Cenniferlə Ben 2002-ci ildə görüşməyə başlamış və 2 illik münasibətdən sonra ayrılmışdılar. Onlar 17 illik ayrılıqdan sonra ötən il yenidən bir araya gəliblər.