Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

"Unikal" xəbər verir ki, onlardan 4-nün uşaq olduğu bildirilir. 

***12:57

Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyası iki raketlə vurulub. 

"Unikal" xəbər verir ki, bu barədə "Ukrzaliznitsa"nın rəhbəri Aleksandr Kamışin məlumat verib.

Məlumata görə, Kramatorsk dəmir yolu stansiyasına raket zərbələri nəticəsində, 30-dan çox insan həlak olub, 100-dən çox insan yaralanıb.

"Polis və hadisə yerində çalışan xilasedicilər onlarla ölü və yaralının olduğunu bildirir. Raket hücumu zamanı stansiyada minlərlə insan olub, çünki Donbass sakinləri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə olunur", - məlumatda deyilir.

Ağarza Elçinoğlu