Paytaxtda evlərdən 15 min manatlıq oğurluq edilib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda Maştağa qəsəbəsi ərazisindəki 4 evdən pul, 15 min manat dəyərində 5 ədəd qapı, 14 ədəd xalça, kombi, radiator, su qızdırıcısı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əliyev saxlanılıb.