Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medal qazanıblar.

"Unikal" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, bununla komandamızın aktivində medal sayı üçə çatıb. Digər idmançımız Orxan Kərimov yarışın bürünc medalını qazanıb.

Beləliklə Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üç üzvü Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıblar. İdmançılarımız sabah vətənə qayıdacaqlar.