İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi bəlli olub.

"Unikal" xəbər verir ki, növbəti mövsümdən komandaya Erik ten Haq rəhbərlik edəcək.

Hazırda Niderland "Ayaks"ının sükanı arxasında olan niderlandlı mütəxəssislə ilkin razılıq əldə olunub. Klub rəhbərliyi 52 yaşlı baş məşqçini bu vəzifəyə ən layiqli namizəd hesab edir.

Qeyd edək ki, hazırda "Mançester Yunayted"ə almaniyalı Ralf Ranqnik başçılıq edir.