"Barselona" ciddi itki ilə üzləşib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın niderlandlı hücumçusu Memfis Depay sıradan çıxıb. 28 yaşlı futbolçunun sol ayağının arxa əzələsindən dartılma olub. O, Avropa Liqasının 1/4 final mərhələsində "Ayntraxt"la oyunda olmayacaq.

Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm 30 matçda 10 qol və 2 məhsuldar ötürmə edib.