Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalının adı dəyişdirilərək "Sea Breeze Summer Fest" olub.

"Unikal" xəbər verir ki, tədbir iyulun 25-dən 29-na kimi davam edəcək. Beş gün davam edəcək musiqili gecədə 150-yə yaxın məşhur yer alacaq.

Festivalda Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Artik & Asti, Eminin solo konserti olacaq. Tədbirdə türkiyəli müğənni Kənan Doğulu, Minelli, Morandi, Outlandish  də çıxış edəcək.

Qeyd edək ki, "Jara" üçün alınan biletlər sözügedən festival üçün də keçərlidir.