"Mançester Yunayted"in ulduzu Kriştiano Ronaldonun sevgilisi Georgina Rodriguezə ödədiyi aylıq qonorar gündəm olub.

"Unikal" xəbər verir ki, portuqaliyalı ulduzun daim uşaqlarla maraqlanan sevgilisinə hər ay 100 min avro verdiyi öyrənilib.

Superulduzun Rodriguezə bu məbləği ödəməsinə səbəb kimi “xərclər və uşaq baxımı” göstərilib. Ronaldo matçlarına görə tez-tez səyahət etdiyi üçün uşaqlarla çox maraqlana bilmir. Bu səbəbdən uşaqlarla daha çox vaxt keçirən argentinalı model olur. 

Georgina Rodriguezin Ronaldodan aldığı aylıq 100 min avro gəliri ilə yanaşı, sosial mediada brend paylaşımları ilə 50 min avro qazandığı bildirilib.

Gülayə Mecid