ABŞ-da gecə klubların birində dəhşətli görüntülər ortaya  çıxıb. 

"Unikal" xəbər verir ki, martın 18-də məşhur reper Qunyu Merilend ştatında silahlı hücum nəticəsində dünyasını dəyişib. Reperin ölümünə kədərlənən pərəstişkarları heç kimin gözləmədiyi bir addım atıblar.  

Belə  ki, onlar gecə klubların birində reperin meyitini səhnəyə çıxarıblar. Daha sonra isə yüzlərlə insan Qunyunun cansız bədəni qarşısında əylənib, mahnı oxuyub. 

Həmin anlar sosial mediada qısa zamanda gündəm mövzusuna çevrilib. Meyitin qarşısında rəqs edən pərəstişkarlar qınaq obyektinə çevrilib.  

Bildirilir ki, məşhur reperin meyiti də həmin gündən sonra dəfn edilib. 

Gülayə  Mecid