Şəmkirdə qəbiristanlıqdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayında Çinarlı qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı qəbirlərdən birinin üzərinə quraşdırılmış alüminiumdan olan 4 ədəd gül qablarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri X.Hüseynov, M.Abışov və əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar-mart ayları ərzində həmin qəbiristanlıqdakı daha 8 qəbirin ətrafına quraşdırılmış alüminiumdan olan gül qablarını oğurlamaları da müəyyən olunub.