"Ağrının Qadını" albomu ilə satış rekordu qıran müğənni və aktrisa Belgin Sarmışerin həyatından bəhs edən "Bergen" filmi martın 4-də ekranlara çıxıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, filmin baş rolunu aktrisa  Farah Zeynep Abdullah canlandırıb. Belə ki, qısa zamanda gündəmə çevrilən filmin gəlirləri açıqlanıb. Hətta bildirilir ki, aktrisa filmdən 40 milyon lirə (4  milyon 621 min AZN civarında)  qazanıb. 

Lakin Farah barəsində  yayılan iddiaları təkzib edib. O, bununla bağlı sosial media hesabından paylaşım edərək, "Utancverici və uydurma xəbərdir. Bunu  yayan mənbə ilə maraqlanıram", - deyib.  

Bildirək ki, indiyədək 4 milyon 868 min 250 nəfərin izlədiyi film 142 milyon 836 min 200 lirə gəlir əldə edib.

Gülayə Mecid