Gəncədə qadın bıçaq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, 1975-ci il təvəllüdlü Səidə Əhmədova qol və üz nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, qadını qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1975-ci il təvəllüdlü Sahib Hüseynov bıçaqlayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır