Müğənni Demet Akalının növbəti paylaşımı gündəm olub.

"Unikal" xəbər verir ki, müğənni bu dəfə Ramazanda yayım edəcək kanallara səslənərək ilahiyyatçıları çağırmaqdansa, həmin pulu kasıblara bağışlamağı təklif edib:

"Ramazanda televiziya kanallarına çağıracağınız ilahiyyatçıları verəcəyiniz yüz minlərlə lirəni kasıblara paylayın. Keçən ilki proqramları yenidən izləməyə razıyam. Zatən hər il yeni ayələr nazil edilmir".

Onun bu paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub. Demete haqq qazandıranlarla yanaşı, fikrini düzgün ifadə etmədiyini bildirənlər də olub. "Dedi, il boyunca hər gün eyni səhnədə eyni mahnıları oxuyan şəxs", "Düz deyir", "Hər il yeni ayələr nazil olmur" ifadəsi yaraşmadı", "Niyə sən özün eyni mahnıları oxuyursan? Onda dinləyicilər pulu sənə verincə yardıma ehtiyacı olanlara paylasın", "Haqlı olana haqlı deyirlər" , - deyə müğənnin ünvanına şərhlər yazıb