Keçmiş ingilis futbolçu Devid Bekhem və onun həyat yoldaşı, modelyer Viktoriya Bekhemin Londondakı malikanəsi qarət edilib.

"Unikal" xəbər verir ki, Bekhemlər 10 yaşlı qızı ilə evdə olarkən oğru malikanəyə girərək minlərlə funt-sterlinq dəyərində əşyaları oğurlayıb.

Oğurluq faktı cütlüyün 17 yaşlı oğlu Kruz Bekhemin fevralın 28-də malikanədə boş otağın pəncərəsinin sındırıldığını görəndə üzə çıxıb.

Oğurlanan əşyalar arasında "minlərlə funt-sterlinq dəyərində dizayner məhsulları və elektronikanın" olduğu barədə məlumat paylaşılıb. Əraziyə polis sövq edilib.  

Məşhur cütlüyün hadisədən sonra çox sarsıldığı və malikanənin təhlükəsizliyinə yenidən baxılmasını istədikləri qeyd edilib.