Əməkdar rəssam Rəşad Ələkbərov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluq orqanlarının vəsatətunə baxılıb.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat verib.
Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

xxx

17:37

Azərbaycanda Əməkdar rəssamı həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat bildirib.

O qeyd edib ki, Ələkbərov Rəşad Böyükağa oğlu Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.