İş xanımı Ruhi Əliyeva  türkiyəli müğənni Sibel Canın yaxtasında qonaq olub.

"Unikal" xəbər verir  ki, o Sibel Canla İstanbulda lentə alınan foto və videolarını “Instagram” hesabında paylaşıb. 

"Bu gün çox dəyər verdiyim, çox sevdiyim, gözəl xanım, gözəl insan, dəyərli sənətkar, əzizim Sibel Can xanımın qonağı olduq Muhammedimlə birlikdə. Boğaz gəzintisi etdik, bəzi planlarımızdan danışdıq. Hətta keçmiş doğum günümü təbrik etməyi də unutmadı. Zərif düşüncəsinə, bir daha heyran oldum", - deyə Ruhi Əliyeva şərhində bildirib.