29-30 aprel 2022-ci il tarixlərində Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsində olan İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD) Azərbaycan Turizm və Menecment Universitetinin ev sahibliyi ilə  onlayn və oflayn formatda “Uluslararası Turizm, İşletme ve Kültür” adlı Beynəlxalq Konfrans (İnternational Conference on Tourism, Management and Culture) keçirəcək.

"Unikal" xəbər verir ki, konfransda dünyanın 50-dən çox ölkəsinə toplu e-maillərin göndərilməsi, məqalə və tezislərin qəbulu, proqramların hazırlanması, məqalələrin çap edilməsi, müəlliflərlə əlaqə, (oflayn zamanı ara ikramları, qəlyanaltılar) İKSAD və tərəfimizdən təşkil edilir. Konfransa qatılmaq istəyənlər aşağıdakı link vasitəsilə beynəlxalq tədbir barədə ətraflı məlumat əldə edə bilərlər. 

https://www.scienceazerbaijan.org/tourism