Kreml Azərbaycanın Qarabağ bölgəsi ətrafında yaranan vəziyyətə münasibət bildirib.

"Unikal" xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı üçtərəfli razılaşmaların icra edilməsini təmin etməyin vacib olduğunu söyləyib.

"Bizim hərbçilər Azərbaycan və Ermənistan tərəfi ilə təmasdadırlar və təbii ki, indi əsas odur ki, bütün tərəflərin müvafiq razılaşmaların şərtlərinə əməl etmələrini davam etdirmək təmin olunsun”, - deyə Kremlin sözçüsü regionda artan gərginlik fonunda əlavə sülhməramlılar kontingentinin göndərilməsinin mümkünlüyü ilə bağlı suala cavabında deyib.